8 mart 2026
|5

“Milan” son 10 liqa oyununda 5 qələbə, 4 heç-heçə və 1 məğlubiyyət əldə edib. Komanda orta hesabla oyuna 1.5 qol vurur.
Massimiliano Alleqrinin komandası oyunlarda orta hesabla 53.6 faiz topa sahib olur və hər matçda təxminən 14 hücum cəhdi yaradır.
“Milan”ın ən məhsuldar futbolçuları Rafael Leao, Adrien Rabiot və Christopher Nkunku olub. Hər biri 3 qol vurub.
Qapıçı Mike Maignan isə son 10 oyunda 3 dəfə qapısını toxunulmaz saxlayıb.
“İnter” son 10 liqa oyununda 9 qələbə və 1 heç-heçə edib. Komanda orta hesabla hər oyunda 2.6 qol vurur.
“Neradzurri”nin ən məhsuldar oyunçuları Federico Dimarco və Lautaro Martinezdir. Hər iki futbolçu 4 qol vurub.
Dimarco həm də 8 məhsuldar ötürmə ilə komandanın ən yaxşı assist müəllifidir.
Qapıçı Yann Sommer isə bu müddətdə 7 dəfə qapısını toxunulmaz saxlayıb.
“Milan” son 6 qarşılaşmada “İnter”ə məğlub olmayıb.
Digər tərəfdən, “İnter” Serie A-da səfərdə keçirdiyi son 9 oyunun hamısını qazanıb.
Cari mövsümün ilk dövrəsində keçirilən qarşılaşmada isə “Milan” 1:0 hesabı ilə qalib gəlib.
Komandaların hazırkı forması bu oyunun gərgin və balanslı keçəcəyini göstərir.
Əsas faktlar:
İnter son 10 liqa oyununda məğlub olmayıb
İnter səfərdə ardıcıl 9 qələbə qazanıb
Milan son 6 derbidə İnterə uduzmayıb
Matçın isə az qollarla(ALT) yadda qalacağı gözlənilir (30%)
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
