17 oktyabr 2025
|147

“Milan”ın fransalı yarımmüdafiəçisi Yussuf Fofana, komandasının A Seriyasındakı çempionluq iddiası barədə açıqlama verib. O, Sky Italiaya müsahibəsində klubun məqsədlərini və baş məşqçi Massimiliano Alleqrinin rolunu dəyərləndirib.
Fransalı futbolçu bildirib ki, “Milan”da oynayan hər kəsin məqsədi çempionluq qazanmaq olmalıdır.
“Biz “Milan” oyunçularıyıq, hər il “Skudetto”nu düşünmək bizim üçün normaldır. Alleqrinin bizə bunu xatırlatmasına ehtiyac yoxdur – bu klubda oynamırsansa, deməli, qələbə istəyi səndə olmalıdır. İndi azarkeşlər (Curva Sud) yenidən tribunadadır, və mən özümü tamamilə “Milan”lı hiss edirəm.” – deyə Fofana vurğulayıb.
26 yaşlı futbolçu komandanın son aylardakı inkişafından razı qaldığını da qeyd edib:
“Biz bu uğur üçün çox çalışırıq. Hər oyunda qalib gəlmək üçün döyüşməliyik. Əgər “Skudetto”nu qazanmasaq, bu fəlakət olmaz, amma qazansaq, ötən ildən də böyük sevinc olacaq. Bu dəfə daha çox istək və motivasiya var.”
“Milan” hazırda “Napoli” və “İnter”lə birlikdə çempionluq yarışının əsas favoritlərindəndir. Alleqrinin rəhbərliyi altında komanda ilk iki ayda sabit oyun sərgiləyərək titul mübarizəsində möhkəm mövqe qazanıb.
Fransalı futbolçu Alleqrinin planlarında əsas oyunçu sayılır. O, həm Luka Modriç, həm də Adrien Rabiot ilə ortada yaxşı anlaşır, topsuz oyunda da etibarlı çıxış edir. Baş məşqçi onun bu mövsüm ən azı 30 start oyununa çıxacağını gözləyir.
Fofana keçmişdə Paulo Fonseka və Serjio Konseyson dövrlərindəki uğursuz mövsümdən sonra komandanın əsas aparıcı fiqurlarından birinə çevrilib. O, Fransa millisində yüksək səviyyəyə öyrəşdiyini və “Milan”ın əvvəlki 8-ci yeri ilə barışmadığını açıq şəkildə bildirib.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
