Benzemanın transferi problem yaratdı: iki ulduz siyahıdan çıxarıldı

12 fevral 2026

|

85

“Əl-Hilal” Benzemanın transferindən sonra iki legioneri siyahıdan çıxarıb.
Benzemanın transferi problem yaratdı: iki ulduz siyahıdan çıxarıldı

“Əl-Hilal” legioner limiti ilə üzləşdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu legioner limiti səbəbindən çətin vəziyyətə düşüb.

Məlumata görə, Kərim Benzemanın transferindən sonra klub rəhbərliyi iki əcnəbi futbolçunun adını çempionat üçün sifariş ərizəsindən çıxarmaq məcburiyyətində qalıb.

Söhbət hücumçu Darvin Nunez və müdafiəçi Pablo Maridən gedir. “Qızıl top” sahibinin komandaya qoşulması əcnəbi futbolçu sayını artırıb və limitin aşılmaması üçün bu qərar verilib.

Bildirilir ki, hər iki futbolçu mövsümün qalan hissəsində daxili çempionatda çıxış edə bilməyəcək. Onlar yalnız Asiya Çempionlar Liqası matçlarında komandaya kömək edəcəklər.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon