Alvaro Morata “Qalatasaray”dan ayrıldı – icarə müqaviləsi vaxtından əvvəl ləğv olundu

11 avqust 2025

|

241

“Qalatasaray” Alvaro Moratanın icarə müqaviləsini qarşılıqlı razılaşma ilə vaxtından əvvəl ləğv edib. 32 yaşlı hücumçu təxminən 650 min avrodan imtina edib.
Alvaro Morata “Qalatasaray”dan ayrıldı – icarə müqaviləsi vaxtından əvvəl ləğv olundu

“Qalatasaray” Alvaro Moratanın icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunduğunu açıqlayıb.

Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, qərar tərəflərin qarşılıqlı razılığı, o cümlədən “Milan”ın iştirakı ilə qəbul edilib. 32 yaşlı hücumçunun icarə müddəti 20 yanvar 2026-cı ildə başa çatmalı idi.

Bundan əlavə, Moratanın təxminən 650 min avrodan imtina etdiyi qeyd olunur.

Daha əvvəl yayılan xəbərə görə, “Komо” ispaniyalı futbolçunu “Milan”dan 12 milyon avroya alacaq.

Xatıladaq ki, Morata ötən mövsümün ikinci yarısında Türkiyə çempionatında 12 oyun keçirib və 6 qol vurub. 

Canlı nəticələrin məkanı, günün oyunları. idman xəbərləri, xüsusən də futbol xəbərləri, hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon