“Mançester Yunayted”in keçmiş futbolçusu Meksikaya köçə bilər

11 sentyabr 2025

|

135

“UNAM Pumas” Antoni Marsialı icarəyə götürmək üçün AEK-lə danışıqlara başlayıb. Fransızın müqaviləsi 2027-yə qədərdir.
“Mançester Yunayted”in keçmiş futbolçusu Meksikaya köçə bilər

“Mançester Yunayted”in keçmiş futbolçusu, hazırda Yunanıstanın AEK klubunda çıxış edən Antoni Marsial karyerasını Meksikada davam etdirə bilər.

“Sky Sport”un məlumatına görə, Fransa millisinin sabiq üzvünə “UNAM Pumas” klubundan təklif gəlib.

Meksika klubu artıq AEK-lə danışıqlara başlayıb və futbolçunu icarəyə götürmək istəyir. Marsialın Afina təmsilçisi ilə müqaviləsi 2027-ci ilin 30 iyununa qədərdir.

Fransalı hücumçu daha əvvəl “Lion”, “Monako”, “Mançester Yunayted” və “Sevilya”da oynayıb, 2024-cü ildə isə AEK-ə keçib.

 

Canlı nəticələr, transfer xəbərləri, günün oyunu, proqnozlar, idman xəbərləri – hamısı Scorewatt-da!




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon