27 dekabr 2025
|139

“Arsenal” və “Chelsea” Fransanın “Renn” klubunda çıxış edən 20 yaşlı mərkəz müdafiəçisi Jeremy Jacquet-i transfer siyahısına daxil edib. The Athletic-in məlumatına görə, hər iki London klubu müdafiə xəttini gələcək üçün gücləndirmək istəyir.
Bondy şəhərində doğulan Jacquet bu mövsüm “Renn”in əsas heyətində möhkəmlənib. O, 2025/26 mövsümündə Liqa 1-də 15 oyunda forma geyinərək Fransanın ən perspektivli gənc müdafiəçilərindən biri kimi tanınıb.
“Arsenal”ın mərkəz müdafiə xətti kifayət qədər genişdir. Saliba və Gabriel əsas seçimlərdir, ehtiyatda isə bir neçə alternativ var. Bu səbəbdən Jacquet-in “topçular”a keçidi yalnız heyətdən ayrılıqlar olacağı halda real görünür.
“Chelsea”nin Jacquet-ə marağı daha məntiqlidir. Axel Disasi komandada gələcək planlara daxil deyil, Benoit Badiashile-in durumu isə qeyri-müəyyəndir. Bu baxımdan gənc fransız müdafiəçi “mavilər” üçün real hədəf sayılır.
Jeremy Jacquet-in adı eyni zamanda “Real Madrid”, “Liverpul” və “Mançester Yunayted”lə də hallanır. Onun gələcək karyera seçimi qarşıdakı transfer dövrlərində daha da aktuallaşacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
