15 oktyabr 2025
|179

“Arsenal”ın yeni idman direktoru Andrea Berta İspaniyada tənqid atəşinə tutulub. “Atletiko Madrid”də 11 ildən artıq fəaliyyət göstərdikdən sonra 2025-ci ilin əvvəlində klubdan ayrılan italiyalı mütəxəssisin bəzi qərarları indi sual altına alınıb.
“Cadena SER”in məlumatına görə, Saul Niqes ötən yay “Atletiko”dan ayrılarkən, klubun onu artıq planlarında görməməsi barədə Dieqo Simeonedən aldığı mesaj barədə danışıb.
17 il “Atletiko Madrid”in formasını geyinən 29 yaşlı futbolçu bildirib ki, baş məşqçi ona komandada gələcək görmədiyini şəxsən deyib:
“O mövsüm mənə yaxınlaşıb dedi ki, artıq mənimlə hesablaşmır. Açığı, mənim reaksiyam onu təəccübləndirdi – sadəcə təşəkkür etdim.”
Saul həmçinin Simeonenin vəziyyətdən asan çıxmadığını qeyd edib:
“Uzun illər birlikdə olduğun oyunçuya demək çətindir ki, ‘gələn mövsüm səni burada görmürəm, başqa oyunçulara üstünlük verirəm’. Amma mən heç bir inciklik göstərmədim. Dedim: ‘Mister, mənə xəyalımı yaşatdınız, “Atletiko”da oynamaq şansı verdiniz, çox şey öyrətdiniz, təşəkkür edirəm.’”
Saulun açıqlamaları İspaniyada yeni müzakirələr doğurub. Məlumata görə, onun klubdan ayrılığında Andrea Bertanın rolu həlledici olub. O dövrdə idman direktoru postunu tutan Berta futbolçunun gələcəyi ilə bağlı strategiyada Simeone ilə eyni mövqedə idi.
İndi isə “Arsenal”da çalışan Berta İspaniya mediasında “Saul məsələsini düzgün idarə etməməkdə” ittiham olunur.
Keçmiş “Atletiko Madrid” futbolçusu Saul Niqes klubun sabiq idman direktoru, hazırda “Arsenal”da çalışan Andrea Berta barədə qalmaqallı açıqlama verib. İspan yarımmüdafiəçi bildirib ki, Bertanın onunla davranışı dürüstlükdən uzaq olub və bu, klubdan ayrıldığı dövrdə onu ən çox incidən məsələ olub.
Saul “Cadena SER”ə müsahibəsində deyib ki, Dieqo Simeone ilə münasibətlərində hər zaman qarşılıqlı hörmət olub, lakin Andrea Berta onunla eyni səmimiyyəti göstərməyib:
“Mən akademiyanın yetirməsiyəm, klub üçün hər zaman əlindən gələni etmişəm. Məndən maaşımı azaltmağımı istədilər – bunu etdim. Hətta bəzən çeklərlə ödəniş almışam, klub üçün çətinlik olmasın deyə razılaşmışam. Amma buna baxmayaraq, ətrafımda mənfi enerji hiss edirdim.”
Futbolçu bildirib ki, klub rəhbərliyində bəzi şəxslər – Migel Anxel Gil Marin, Enrike Serezo və Çolo Simeone – hər zaman ona hörmətlə yanaşıb, lakin Bertadan eyni münasibəti görməyib:
“Andrea Berta mənə tam dürüst olmadı. Mənim əlimdə bunu sübut edən dəlillər var. O, bunları inkar etdi, amma mən faktları gördüm. Ona dedim: ‘Mənə yalan danışma’. Əgər hər şeyi düzgün etsəydi, mənimlə oturub açıq danışardı və biz birgə həll yolu tapardıq.”
Saulun sözlərinə görə, 2024-cü ilin yayında “Sevilya”ya icarəyə keçidi öncəsi bu anlaşılmazlıq daha da dərinləşib. Berta futbolçuya gələcəyi ilə bağlı aydın mövqe bildirməyib, bu da onun üçün məyusedici olub.
İspan mətbuatında qeyd olunur ki, bu açıqlamalar Bertanın “Atletiko Madrid”dəki son dönəmlərinin qaranlıq tərəflərini üzə çıxarıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
