4 noyabr 2025
|187

Aston Villa gələn yay transfer pəncərəsində Ansu Fatini heyətinə qatmaq niyyətindədir. Fichajes xəbər verir ki, İngiltərə klubu “Barselona”ya məxsus 23 yaşlı hücumçuya maraq göstərir. Hazırda Fati “AS Monako”da icarə əsasında çıxış edir, və fransız klubu onu birdəfəlik transfer etməsə, “Villa” bu fürsətdən istifadə etməyə çalışacaq.
Son beş ildə zədələr və formadan düşmə səbəbindən karyerası dayanıqsız olan Ansu Fati bu mövsüm “AS Monako”da özünü bərpa etməyə başlayıb.
Keçən mövsüm “Braighton”da icarədə olsa da, Premyer Liqada sabit oyun göstərə bilməmişdi. Yayda “Barselona” onunla yolları ayırmaq qərarına gəldi və “Monako” bu fürsətdən yararlanaraq hücumçunu heyətinə qatdı.
Fransada o, artıq 10 oyunda 6 qol vurmaqla diqqət mərkəzinə düşüb. Bu performans onun karyerasına yenidən təkan verib və bir çox klubların marağına səbəb olub.
Unai Emerinin komandası bu mövsüm hücum xəttində qeyri-sabit çıxış edir. Olli Uotkins əsas qol yükünü daşıyır, lakin komandanın yaradıcılığı və cinah oyunları istənilən səviyyədə deyil.
Məhz buna görə “Villa” rəhbərliyi çox yönlü, həm cinahda, həm də hücum mərkəzində oynaya bilən futbolçu axtarır. Fati bu profildə ideal namizədlərdən biridir.
Klubun maraq dairəsində Mejson Qrinvud da var, lakin “Barselona”nın gənc ulduzu daha real hədəf kimi görünür.
Fati ilə təkcə “Aston Villa” deyil, digər İngiltərə klubları da maraqlanır. Onların arasında “Kristal Pelas”, “Everton”, “Nyukasl” və hətta “Sanderlend” də var.
“Monako”nun futbolçunu birdəfəlik almaq hüququ mövcuddur, lakin bu bəndin aktivləşdirilib-aktivləşdirilməyəcəyi hələ məlum deyil. Əgər fransızlar onu saxlamasa, “Aston Villa” üçün real transfer imkanı yaranacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
