5 yanvar 2026
|117

Atletiko Madrid qış transfer pəncərəsində Dieqo Simeonenin heyətini gücləndirməyi planlaşdırır. Klub müdafiəçi transfer etmək istəyir, lakin bunun üçün əvvəlcə heyətdən ayrılıq ola bilər. Gedişi mümkün görünən futbolçulardan biri Cakomo Raspadoridir.
Yayda Napolidən transfer olunan 25 yaşlı hücumçu Atletikoda gözlənilən rolu ala bilməyib. O, bütün turnirlərdə 14 oyuna çıxsa da, əsas heyətdə nadir hallarda yer alıb. Hulian Alvares, Aleksander Sörlot və Antuan Qrizmann hazırda ondan öndədir. Yayda keçiriləcək dünya çempionatını nəzərə alan Raspadori İtaliya millisində yer almaq üçün daha çox oynamaq istəyir.
Bu səbəbdən futbolçunun Romaya icarə əsasında keçidi gündəmə gəlib və tərəflər arasında ilkin razılaşma əldə olunduğu bildirilirdi. Lakin Diario AS-in məlumatına görə, Raspadori Atletikodan ayrılmaqda tərəddüd edir. O, oyun vaxtının az olmasına baxmayaraq, Madrid klubunda özünü xoşbəxt hiss edir və mövsümün ortasında İtaliyaya qayıtmağa tam razı deyil.
Qeyd olunur ki, Roma ilə mümkün razılaşmada satınalma şərti olsa da, Atletiko bu məbləği yalnız yayda əldə edə bilər. Bu isə hazırda əvəzləyici transfer etməyi çətinləşdirir. Futbolçunun tərəddüdü davam edərsə, Atletiko bu transferdən tam imtina edə bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
