27 dekabr 2025
|115

“Atletiko Madrid” növbəti transfer pəncərələri üçün yarımmüdafiəni gücləndirmək variantlarını dəyərləndirir. Komanda hələ də yaşlanmasına baxmayaraq kapitan Koke-dən ciddi şəkildə asılıdır.
Son illərdə transfer olunan Conor Gallagher və Johnny Kardoso gözləntiləri tam doğrultmayıb. Bu səbəbdən klub yeni alternativlər axtarır. Son günlər Leon Qoretzkanın adı hallansa da, siyahıda daha bir namizəd var.
İtaliya mətbuatının məlumatına görə, “Atletiko” “Roma”nın yarımmüdafiəçisi Manu Kone ilə maraqlanır. 24 yaşlı fransalı futbolçu bu mövsüm A Seriyasında bütün oyunlarda meydanda olub və stabil çıxışı ilə diqqət çəkir. Onunla PSJ də maraqlanır.
“Roma”nın “Atletiko” hücumçusu Cakomo Raspadori ilə maraqlanması fonunda klublar arasında barter variantı gündəmə gələ bilər. Madrid klubu Raspadorini satmağa açıqdır və Kone transferində bu amildən istifadə edə bilər.
Hazırda danışıqların hansı mərhələdə olduğu bəlli deyil, lakin Manu Kone “Atletiko”nun ciddi namizədlərindən biri kimi göstərilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
