Diego Simeone Vinicius Junior və Florentino Perez-dən üzr istədi

13 yanvar 2026

|

97

"Atletico Madrid məşqçisi Diego Simeone Vinicius Juniora üzr istəyir"
Diego Simeone Vinicius Junior və Florentino Perez-dən üzr istədi

Atletico Madrid-in baş məşqçisi Diego Simeone İspaniya Superkubokunda davranışına görə Vinicius Junior və Real Madrid-in prezidenti Florentino Perez-dən üzr istəyib. Diario AS-in məlumatına görə, argentinalı mütəxəssis həmin oyunda “sərhəddi aşdığını” etiraf edib.

Real Madrid-in Atletico Madrid-i 2-1 hesabı ilə məğlub etdiyi Superkubok yarımfinalında Simeone Vinicius-la söz atışmasına girib. Braziliyalı futbolçu penalti epizodlarından sonra rəqibi istehza ilə qarşılayanda, Simeone ona “Florentino səni qovacaq” deyə səslənmiş, oyundan çıxarkən isə azarkeş fitlərini dinləməsini istəmişdi. Həmin vaxt Real Madrid-in baş məşqçisi Xabi Alonso Simeone-nin davranışını yolverilməz adlandırmışdı.

 

 



Deportivo La Korunya ilə Kral Kuboku oyunu öncəsi mətbuat konfransında Simeone məsələyə aydınlıq gətirib. O, Florentino Perez və Vinicius-dan üzr istədiyini, bu cür davranışın doğru olmadığını bildirib. Simeone qalibin layiqli şəkildə növbəti mərhələyə yüksəldiyini də vurğulayıb.

Mövzunun şişirdilib-şişirdilmədiyi soruşulduqda isə Simeone əlavə şərh vermək istəmədiyini deyərək məsələni bağlayıb.

Eyni zamanda baş məşqçi Thiago Almada ilə bağlı yayılan transfer xəbərlərinə də toxunub. O, argentinalı futbolçunun komandada qalacağını və hələ də ona güvəndiyini bildirib. Simeone Almada-nın oyun baxışı və assist qabiliyyətinin Atletico üçün vacib olduğunu qeyd edib.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon