3 fevral 2026
|81

“Atletiko Madrid” qış transfer pəncərəsinin son günündə heyətini iki futbolçu ilə gücləndirib. Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Madrid təmsilçisi ABŞ-ın “Sietl Saunders” klubundan Obed Qomes Varqası, İspaniyanın “Elçe” klubundan isə Rodriqo Mendozanı transfer edib. Hər iki yarımmüdafiəçinin 20 yaşı var.
“Atletiko” Obed Qomeslə 2030-cu ilin yayına, Rodriqo Mendoza ilə isə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
Xatırladaq ki, Madrid klubu daha əvvəl qış transfer pəncərəsində “Atalanta”dan Ademola Lukmanı da heyətinə qatmışdı.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
