26 dekabr 2025
|159

“Barselona” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır. İspan mətbuatının məlumatına görə, vasitəçilər “Çelsi”də ehtiyatda qalan 27 yaşlı fransalı müdafiəçi Axel Disasini Kataloniya klubuna təklif ediblər.
Axel Disasi 2023-cü ildə “Monako”dan “Çelsi”yə keçsə də, Londonda gözləntiləri tam doğrulda bilmədi. Sonradan “Aston Villa”ya icarəyə verilsə də, orada da əsas heyətin üzvünə çevrilə bilmədi. “Çelsi” futbolçunu satmağa hazırdır.
“Barselona” Deco-nun rəhbərliyi ilə həm keyfiyyətli, həm də büdcəyə uyğun mərkəz müdafiəçisi axtarır. La Liqanın tempi və Hansi Flikin oyun sistemi Disasi üçün daha uyğun hesab olunur. Klub eyni zamanda Almaniya bazarını da araşdırır.
Disasinin “Çelsi”də gələcəyi yoxdur və La Liqaya keçid real görünür. “Barselona” bu fürsətdən yararlanacaqmı, yaxın həftələrdə bəlli olacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
