Son anda imtina: Bəhlul Çinə getmədi

9 fevral 2026

|

75

Bəhlul Mustafazadə son anda Çinin “Şençjen Penq Siti” klubuna transferdən imtina edib.
Son anda imtina: Bəhlul Çinə getmədi

“Qarabağ”ı çətin anda tərk etmək istəmədi

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin Çinin “Şençjen Penq Siti” klubuna transferinin baş tutmamasının səbəbi açıqlanıb.

Futbolçunun atası Ələmdar Mustafayev bildirib ki, Çin klubu müdafiəçidən dərhal komandanın düşərgəsinə qatılmağı tələb edib və 2+1 illik müqavilə təklif olunub. Lakin 29 yaşlı futbolçu son anda bu keçiddən imtina edib.

Onun sözlərinə görə, qərar tamamilə futbolçunun özü tərəfindən verilib və “Qarabağ”ın bu prosesə təsiri olmayıb. Mustafazadə qarşıda iki vacib oyun və sıx qrafik olduğunu əsas gətirərək komandadan ayrılmaq istəməyib.

Ələmdar Mustafayev əlavə edib ki, Bəhlula başqa təkliflər də olub: Asiya yox, Avropaya — xüsusilə avrokuboklarda mübarizə aparan kluba keçidin daha məqsədəuyğun olduğunu düşünür.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon