28 dekabr 2025
|153

“Barselona” klubu bazar günü kədərli xəbər yayıb. Klubun 2010–2017-ci illərdə beynəlxalq və institusional əlaqələr üzrə vitse-prezidenti olmuş Carles Vilarrubi 71 yaşında dünyasını dəyişib.
Vilarrubi Sandro Rosell və daha sonra Josep Maria Bartomeu dövründə rəhbərlikdə yer alıb. 2015-ci ildə Kataloniyanın ictimai və iqtisadi həyatına verdiyi töhfələrə görə “Creu de Sant Jordi” mükafatına layiq görülüb. O, eyni zamanda Kataloniyada media sahəsinin inkişafında, xüsusilə Catalunya Ràdio və RAC1 radiolarının yaradılmasında mühüm rol oynayıb.
Carles Vilarrubi 2017-ci ildə Kataloniya referendumu ilə bağlı yaranan fikir ayrılıqları fonunda klubdan ayrılmışdı. O, “Barselona”nın “Las Palmas”la oyunu azarkeşsiz keçirməsi qərarı ilə razılaşmamışdı.
“Real Madrid” klubu da rəsmi açıqlama yayaraq Vilarrubinin vəfatı ilə bağlı ailəsinə, yaxınlarına və “Barselona”ya başsağlığı verib.
Carles Vilarrubinin ölümü İspaniya futbol ictimaiyyəti üçün böyük itki kimi qiymətləndirilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
