Barselona La Liqa mükafatlarını qazandı: Lamine Yamal, Raphinha və Hansi Flick təltif edildi

28 dekabr 2025

|

101

"Barselona La Liqa mükafatlarını qazandı: Lamine Yamal, Raphinha və Hansi Flick təltif edildi"
Barselona La Liqa mükafatlarını qazandı: Lamine Yamal, Raphinha və Hansi Flick təltif edildi

“Barselona” Globe Soccer Awards-da gecəyə damğa vurdu

“Barselona” Dubayda keçirilən Globe Soccer Awards mərasimində uğurlu axşam yaşayıb. Katalon klubu La Liqa kateqoriyasında bir neçə mükafata sahib çıxıb.

Raphinha – La Liqanın ən yaxşı futbolçusu

Raphinha 2024/25 mövsümü üzrə La Liqanın ən yaxşı futbolçusu seçilib. Braziliyalı vinger 18 qol və 9 məhsuldar ötürmə ilə “Barselona”nın çempionluğunda əsas pay sahiblərindən biri olub. Bu mükafat onun “Qızıl top”u qazana bilməməsindən sonra təsəlli kimi dəyərləndirilir.

 



Lamine Yamal və Flick də mükafat aldı

Lamine Yamal mövsümün ən yaxşı U-23 futbolçusu seçilib. Gənc ulduz əsas kateqoriyada da “ən yaxşı hücumçu” mükafatını qazanıb.
Baş məşqçi Hansi Flick isə “Barselona”nı ilk mövsümündə La Liqa çempionu etdiyi üçün ilin ən yaxşı məşqçisi adına layiq görülüb.

Oblak da diqqətdən kənarda qalmadı

Gecənin La Liqa üzrə son mükafatı “Atletiko Madrid”in qapıçısı Yan Oblaka verilib. O, mövsümün ən yaxşı seyvi mükafatını qazanıb.

Beləliklə, Globe Soccer Awards mərasimi “Barselona” üçün son dərəcə uğurlu alınıb.

 



Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon