9 yanvar 2026
|101

Barcelona 2,5 illik fasilədən sonra noyabr ayında Camp Nou-ya qayıtsa da, stadionun tam fəaliyyətə başlaması hələ də gecikir. Klub planlaşdırılandan bir il sonra ev oyunlarını yenidən Camp Nou-da keçirməyə başlayıb.
İlkin plana görə, Barcelona 2024-cü ilin noyabrında Montjuicdə 18 aylıq dövrdən sonra stadiona qayıtmalı idi. Lakin şəhər şurasının tələbləri vaxtında yerinə yetirilmədiyi üçün proses uzanıb. Hazırda stadionun yalnız 1B mərhələsi aktivdir və bu mərhələdə ilk iki tribunada üç tərəf üzrə maksimum 46 min azarkeş buraxılır.
Növbəti mərhələ olan 1C planına əsasən, Gol Nord tribunası açılmalı və tutum 62 minə çatdırılmalıdır. MD nəşrinin məlumatına görə, şəhər şurası hələ də klubdan əlavə sənədlər gözləyir. Bu səbəbdən 1C mərhələsinin fevral ayının ortalarına qədər gecikməsi mümkündür.
Barcelona əvvəlcə yanvarın 25-də Real Oviedo ilə oyunda stadionun genişləndirilmiş hissəsini istifadəyə verməyi planlaşdırırdı. Lakin hazırkı vəziyyətə görə, bu yalnız fevralın 21 və ya 22-də Levante ilə matçda mümkün ola bilər.
Bu gecikmə Barcelona üçün əlavə maliyyə itkisi deməkdir. Klub yanvarın 28-də Kopenhagenlə, fevralın əvvəlində isə Mallorca ilə oyunları geniş tutum olmadan keçirməli olacaq. Eyni zamanda mümkün Kral Kuboku və Çempionlar Liqası oyunlarında da daha az azarkeş qəbul ediləcək.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
