8 mart 2026
|3

Barselona heyətini gücləndirmək üçün yeni müdafiəçi transfer etməyi planlaşdırır. Kataloniya klubu Roma futbolçusu Evan Ndikanı diqqət mərkəzinə alıb.
Diario Sport nəşrinin məlumatına görə, Barselona rəhbərliyi artıq Roma ilə əlaqə saxlayaraq 26 yaşlı mərkəz müdafiəçisinin transfer imkanlarını öyrənib.
Bu mövsüm Evan Ndika Roma forması ilə bütün turnirlərdə 31 matçda meydana çıxıb və 3 qol vurub.
Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Transfermarkt portalına görə, onun bazar dəyəri təxminən 30 milyon avro qiymətləndirilir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
