30 dekabr 2025
|97

“Barselona” Markus Raşfordu birdəfəlik transfer etməyəcək və onun əvəzi kimi Savinhonu gündəminə alıb. Fichajesin məlumatına görə, katalonlar “Mançester Siti”nin vingerini gələcək pəncərələrdə icarə əsasında heyətə qatmağı planlaşdırır.
Maliyyə məhdudiyyətlərinə görə “Barselona” Raşfordun satınalma opsiyasını işə salmayacaq. Savinho isə bu mövsüm “Siti”də stabil oynamadığı üçün mümkün ayrılıq variantları müzakirə olunur.
“Barselona” icarə variantına üstünlük verir və futbolçunun maaşının böyük hissəsini ödəməyə hazırdır. “Tottenhem” də braziliyalı vingerlə maraqlanır. Qərar “Mançester Siti”nin mövqeyindən asılı olacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
