27 oktyabr 2025
|183

İspaniyanın “Barselona” klubu qış transfer pəncərəsində 33 yaşlı cənubi koreyalı ulduz Son Hün Mini heyətinə cəlb etməyi planlaşdırır. “Fichajes” nəşrinin məlumatına görə, hazırda MLS təmsilçisi “Los-Anceles FC”də (LAFC) çıxış edən təcrübəli hücumçu “Blauqrana”nın əsas transfer hədəflərindən biri kimi dəyərləndirilir.
Mövcud çempion “Barselona” son həftələrdə zədələr səbəbilə hücumda ciddi çatışmazlıq yaşayır. Rəfiniya, Levandovski və Dani Olmonun zədələri Hansi Flikin variantlarını azaldıb. Buna görə klub rəhbərliyi qış fasiləsində qısa müddətli, amma təcrübəli hücumçu ilə müqavilə imzalamaq niyyətindədir.
Məhz bu çərçivədə Son Hün Min ideal namizəd kimi qiymətləndirilir. “Barselona” artıq keçmiş “Tottenhem” kapitanı ilə ilkin təmasları sürətləndirib və onu MLS mövsüm fasiləsi dövründə icarəyə götürmək istəyir. ABŞ-da çempionat dekabrda başa çatdığı üçün koreyalı futbolçunun Avropaya keçidi texniki cəhətdən mümkündür.
Son Hün Min 2025-ci ilin yayında “Tottenhem”dən ayrılaraq azad agent kimi “LAFC” ilə müqavilə imzalayıb. O, London klubunda 10 il keçirdikdən sonra ötən mövsüm Avropa Liqasının qalibi olmuşdu. “Tottenhem”dəki son mövsümündə forması düşsə də, MLS-də qısa zamanda parladı – 10 oyunda 9 qol və 3 asistlə komandasının aparıcı fiqurlarından birinə çevrildi.
Bu performans yalnız ABŞ-da deyil, Avropada da diqqətdən kənarda qalmadı. “Barselona”nın marağı da məhz onun bu dirçəlmiş forması ilə əlaqələndirilir.
Son Hün Min artıq 33 yaşındadır və karyerasının son mərhələsinə yaxınlaşır. Buna baxmayaraq, onun çoxşaxəli oyun stili, yüksək fiziki hazırlığı və liderlik keyfiyyətləri hələ də Avropa səviyyəsində çıxış etməyə imkan verir. “Barselona”nın məqsədi onu uzunmüddətli layihə kimi deyil, zədələrdən əziyyət çəkən hücum xəttinə qısa müddətli güc qatmaq üçün icarəyə gətirməkdir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
