9 yanvar 2026
|163

Barcelona müdafiəçisi Andreas Christensen klubdan ayrılmağa yaxın görünsə də, danimarkalı futbolçu Kataloniya təmsilçisində qalmağa hazırlaşır. Mövcud müqaviləsi yayda başa çatan 27 yaşlı müdafiəçiyə indiyədək yeni sözləşmə təklif olunmamışdı.
Christensen dəfələrlə Barcelonada qalmaq istədiyini və klubda özünü xoşbəxt hiss etdiyini bildirib. Bu səbəbdən o, yay transfer pəncərəsi üçün digər klublarla danışıqlar aparmayıb. Klub isə müqaviləsi bitən bəzi futbolçulara yeni sözləşmə təklif etsə də, Christensenlə bağlı qərar verməmişdi.
Marca nəşrinin məlumatına görə, vəziyyət dəyişib və Barcelona danimarkalı müdafiəçiyə bir illik yeni müqavilə təklif etməyə qərar verib. Klub rəhbərliyi bu addımı futbolçunun peşəkar davranışı və zədədən sonra göstərdiyi səbirli mövqeyi ilə əsaslandırır.
Barcelona rəhbərliyi eyni zamanda transfer bazarında mərkəz müdafiəçilərinin azlığını da nəzərə alır. Yanvar ayında bu mövqeyə uyğun variant tapmaqda çətinlik çəkən klub yayda da böyük xərclər etməkdə risk görür və Christensen-i ehtiyat plan kimi saxlamaq istəyir.
Barcelona Marc Guehi və Nico Schlotterbeck kimi müdafiəçilərlə əlaqələndirilsə də, yüksək maaş və transfer məbləği səbəbindən bu keçidlər çətin görünür. Bu da Christensenin komandada qalma ehtimalını artırır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.
Premium
Giriş üçün abunə olun

![[Premium] Mançester Yunayted – Leeds United: Statistics a...](https://api.scorewatt.com/uploads/blog-1776071094121-948643680.png)
Ətraflı
Premium
Giriş üçün abunə olun

![[Premium] Arsenal – Bournemouth: Statistika və analiz ✅](https://api.scorewatt.com/uploads/blog-1775897708394-292212491.png)
Ətraflı

Ətraflı
