29 sentyabr 2025
|285

Artıq 2 ildən çoxdur ki, "Marset" Futbol Akademiyası ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında əməkdaşlıq çərçivəsində 30-dan çox uşaq İspaniyada futbol təhsili alır. 15–17 yaşlı uşaqlar akademiyada yaşayır, liqalarda çıxış edir və eyni zamanda təhsillərini davam etdirirlər.
Lakin iş adamı Adnan Əhmədzadənin həbsi fonunda "Marset" azərbaycanlı uşaqları geri göndərmək qərarına gəlib. Səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Valideynlərə bu barədə bildiriş göndərilib. İspaniya klubu yalnız ən istedadlı bir neçəsini saxlaya bilər. Yekun qərar oktyabrın 1-də veriləcək.
ASTA rəhbəri Rafael Bünyatovun sözlərinə görə, indiyədək bütün xərclər Adnan Əhmədzadə tərəfindən ödənilirdi. Onun həbsi ilə ödənişlər dayandırılıb.
Xatırladaq ki, Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələrdə çalışmış Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
