30 avqust 2025
|335

"Bavariya" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Almaniya çempionu "Çelsi"dən Nikolas Ceksonu icarəyə götürüb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Bavariya" seneqallı forvardı 15 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. Bundesliqa nəhəngi 80 milyon avro ödəməklə 24 yaşlı futbolçunun transfer hüquqlarını da ala bilər.
Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü London klubunun heyətində çıxdığı 81 rəsmi matçda 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
