Beşiktaş Kobbi Meynunu Mançester Yunayteddən icarəyə götürmək istəyir

4 yanvar 2026

|

109

"Beşiktaş Kobbie Mainoonu transfer etmək üçün hərəkətə keçdi"
Beşiktaş Kobbi Meynunu Mançester Yunayteddən icarəyə götürmək istəyir

Kobbie Mainoo-nun durumu nədir?

Beşiktaş qış transfer pəncərəsində Mançester Yunaytedin yarımmüdafiəçisi Kobbi Meynu ilə maraqlanır. Türkiyə mətbuatının məlumatına görə, İstanbul klubu 20 yaşlı ingilis futbolçunu 18 aylıq icarə əsasında heyətinə qatmaq niyyətindədir.

Meynu bu mövsüm Mançester Yunayteddə az oyun şansı əldə edib. Ruben Amorimin rəhbərliyi altında əsas heyətdə yer almaqda çətinlik çəkən gənc yarımmüdafiəçi bütün turnirlərdə cəmi 12 oyunda 302 dəqiqə meydanda olub. Bu vəziyyət onun qışda klubu tərk etmə ehtimalını artırır.

Beşiktaş hazırda Super Liqada beşinci pillədə qərarlaşıb və rəhbərlik Avropa kuboklarına vəsiqə hədəfi qoyub. Bu səbəbdən klub yarımmüdafiə xəttini gücləndirmək istəyir və Meynu əsas namizədlərdən biri hesab olunur.

Beşiktaş Mançester Yunaytedlə ilkin əlaqə yaradıb. İngiltərə klubu futbolçunun gedişinə tərəddüdlə yanaşsa da, danışıqların gedişi Meynunun gələcəyini müəyyən edəcək.

 




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon