14 noyabr 2025
|161

Borussiya Dortmundun hücumçusu Serhu Girassinin müqaviləsində yer alan 70 milyon avroluq sərbəstqalma maddəsinin Avropa xaricindəki klublara şamil olunmaması futbolçunun gələcəyinə birbaşa təsir edir. Sport Bild xəbər verir ki, 29 yaşlı hücumçunun menecmenti – qardaşı Karamba Girassinin rəhbərlik etdiyi KGSMI agentliyi – hazırda futbolçunu Səudiyyə Ərəbistanının bir neçə naməlum klubuna aktiv şəkildə təklif edir.
Məlumata görə, Girassi hazırda Dortmundda illik təxminən 9 milyon avro qazanır. Səudiyyə klubları isə ona bunun ikiqatını təklif etməyə hazırdırlar. Maddi şərtlərin cazibədar olması oyunçunun qərarına ciddi təsir göstərə bilər.
Girassi Dortmundla 2028-ci ilədək müqavilə imzalayıb, buna görə də Avropa klubları üçün keçid yalnız 70 milyon avroluq maddə ilə mümkün olsa da, Səudiyyə klublarının bu məbləği ödəməsinə ehtiyac yoxdur.
29 yaşlı hücumçu hazırda beynəlxalq fasiləni Rur bölgəsində keçirir. Qvineya millisinin Afrika Millətlər Kubokuna vəsiqə qazana bilməməsi səbəbindən Girassi yoldaşlıq oyunlarına uzun səfərlər etməyə ehtiyac duymayıb.
Hazırda Girassi formada ciddi eniş yaşayır:
Son 11 rəsmı oyunda cəmi 2 qol
Son Bundesliqa matçında (1:1, Hamburq) cəmi 2 dəfə cərimə meydançasında topa toxunuş
Dortmund da hücumçunun enən performansından narahatdır və futbolçu özü də fasilədən sonra dönüş etməyə çalışır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
