Bruno Fernandes Ruben Amorim-in qovulmasından sonra Manchester United-dən ayrılmağı düşünür

13 yanvar 2026

|

87

"Bruno Fernandes, Ruben Amorimin işdən çıxarılmasından sonra Manchester United-dən ayrılmaq istəyir"
Bruno Fernandes Ruben Amorim-in qovulmasından sonra Manchester United-dən ayrılmağı düşünür

Bruno Fernandes, Ruben Amorimin qovulmasının ardından Manchester United ilə yollarını ayırmağı düşünür.

Bruno Fernandes Manchester United-də gələcəyi ilə bağlı ciddi düşünməyə başlayıb. Fichajes nəşrinin məlumatına görə, Ruben Amorim-in istefaya göndərilməsi klub kapitanını narazı salıb və bu, onun mövsümün sonunda ayrılığı gündəmə gətirməsinə səbəb olub.

Manchester United zəif nəticələr və daxili gərginlik fonunda Ruben Amorim ilə yolları ayırıb. Portuqaliyalı mütəxəssisin gedişi Bruno Fernandes üçün böyük məyusluq olub. O, Amorim-i klubun yenidən zirvəyə qayıdışı üçün doğru seçim hesab edirdi.

Klub rəhbərliyi isə baş məşqçi ilə bağlı fərqli mövqedə olub və daxili fikir ayrılıqlarından sonra onunla vidalaşıb. Bu qərar paltardəyişmə otağında da bəzi lider futbolçuların narazılığına səbəb olub.

2020-ci ildə Sporting-dən Manchester United-ə keçən Fernandes illərdir komandanın ən stabil oyunçularından biridir. Bu mövsüm Premyer Liqada 18 oyunda 13 qol ötürməsində payı var. Yayda onun satıla biləcəyi barədə xəbərlər yayılsa da, Amorim futbolçunun qalmasında israrlı idi.

Fernandes-in müqaviləsinin bitməsinə 18 ay qalsa da, son həftələrdə gələcəyi aktiv müzakirə olunur. Klubun onu Yaxın Şərq klublarına sata biləcəyi iddiaları da var.

Son məlumatlara görə, bu dəfə ayrılıq təşəbbüsü futbolçunun özündən gələ bilər. Amorim-in qovulması Fernandes üçün ciddi zərbə olub və o, daha sabit və iddialı layihə axtarmağı düşünür. Dünya Çempionatına az müddət qaldığı üçün kapitan mövsümün sonuna qədər komandada qalacaq, lakin turnirdən sonra ayrılıq istisna edilmir.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon