"Mançester Yunayted"in kapitanından ərəblərə rədd cavabı

3 iyun 2025

|

85

"Mançester Yunayted"in kapitanından ərəblərə rədd cavabı

"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının təklifini rədd edib.

 

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Səudiyyə Ərəbistanının klubu yarımmüdafiəçiyə yüksək maaşla müqavilə təklif edib. Buna baxmayaraq, Bruno Fernandeş karyerasını Avropada davam etdirmək istəyir. O, artıq məsələ ilə bağlı yekun qərarını verib.

Qeyd edək ki, ötən mövsüm Fernandeş bütün turnirlərdə 57 oyun keçirib, 19 qol vurub və 20 məhsuldar ötürmə verib. Brunonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon