Bu il ən bahalı transferıləri “Qarabağ”dan aldıqları futbolçu olub

2 avqust 2025

|

159

Bu il ən bahalı transferıləri “Qarabağ”dan aldıqları futbolçu olub
Bu il ən bahalı transferıləri “Qarabağ”dan aldıqları futbolçu olub

Braziliyanın “Flamengo” klubu 2025-ci ilin ikinci rübünə dair maliyyə hesabatını açıqlayıb.

 

Hesabata əsasən, il başlayandan iyun ayının sonuna qədər futbolçuların transferi və müqavilə yenilənməsi üçün 167,9 milyon Braziliya realı (təxminən 53 milyon AZN) xərclənib.

Hazırkı transfer dönəmində komandaya qoşulan Emerson Royal, Saul, Carrascal və Samuel Linonun transfet haqqı bu məbləğə daxil edilməyib.

Ən bahalı transfer “Qarabağ”dan bu qış alınan Juninyo olub – onun üçün “Flamenqo 37,2 milyon real (5 milyon avro) ödəyib.

Qətərin “Al-Sadd” klubundan Gonzalo Platanın hüquqlarının 50 faizi üçün 32,2 milyon real verilib.

Azad agent kimi komandaya qoşulan Jorginyo üçün isə klub 14,9 milyon real (bonus) və 8,8 milyon real komissiya ödəyib. Bu da ümumilikdə 23,8 milyon real edir.

Xatırladaq ki, Juninyo bu il “Flamenqo”da bütün turnirlərdə 26 oyun keçirib və cəmi 3 qol vurub. Onun bu göstərici isə məşqçi heyətini qane etməyib. Bu səbəbdən yaxınlarda 28 yaşlı hücumçunun xarici klublara icarəyə verilməsi məsələsi də gündəmə gəlmişdi.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon