12 mart 2026
|23

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
UEFA-nın siyahısına dörd futbolçu daxil edilib.
PSJ-nin futbolçusu Xviça Kvaratsxeliya Çelsi ilə oyunda dubl edib və bir məhsuldar ötürmə verib.
Real Madridin yarımmüdafiəçisi Federiko Valverde Mançester Siti ilə qarşılaşmada het-trik müəllifi olub.
Atletikonun hücumçusu Yulian Alvares Tottenhemə qarşı matçda iki qol vurub və bir assist edib.
Bavariyanın futbolçusu Maykl Olise isə Atalanta ilə oyunda iki dəfə fərqlənib.
Həftənin futbolçusu UEFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticələrinə əsasən müəyyən olunacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
