Chelsea Vinicius Junior üçün 150 milyon avroluq transferə hazırdır

11 yanvar 2026

|

119

"Chelsea, Vinicius Junior yarışında Arsenalı qabaqlayır, təklif hazırlayır"
Chelsea Vinicius Junior üçün 150 milyon avroluq transferə hazırdır

Chelsea yay transfer pəncərəsində Real Madrid-in hücumçusu Vinicius Junior-u heyətinə qatmaq istəyir. Fichajes nəşrinin məlumatına görə, London klubu 25 yaşlı braziliyalı futbolçunu əsas hədəflərdən biri kimi müəyyənləşdirib.

Vinicius Junior ilə Arsenal da maraqlanırdı. Lakin son məlumatlara əsasən, Chelsea bu transfer yarışında rəqibini geridə qoyub. Bildirilir ki, 2024/25 mövsümündə Konfrans Liqası və Klublararası Dünya Çempionatını qazanan Chelsea Real Madrid-ə 150 milyon avro təklif etməyə hazırdır.

Vinicius 2018-ci ildən Real Madrid-də çıxış edir və bu müddətdə dünyanın ən güclü futbolçularından birinə çevrilib. O, Madrid klubunda 350-yə yaxın oyunda 111 qol və 91 assistlə yadda qalıb və son “Qızıl top” səsverməsində ilk üçlükdə yer alıb.

Bununla yanaşı, futbolçunun bu mövsüm davranışları və klub daxilində yaşanan gərginliklər gələcəyi ilə bağlı suallar yaradıb. Bu vəziyyət Premyer Liqa klublarının marağını artırıb.

Arsenal Vinicius-u sol cinah üçün güclü variant kimi görsə də, Chelsea-nin maliyyə baxımından daha iddialı olması “zadəganlar”ı ön plana çıxarır. Yayda Real Madrid-in bu təklifə necə reaksiya verəcəyi maraqla gözlənilir.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon