23 dekabr 2025
|165

Chelsea rəhbərliyi yaxın gələcəkdə Enzo Maresca klubdan ayrılacağı təqdirdə alternativ baş məşqçi variantları üzərində işləməyə başlayıb. Fichajes nəşrinin məlumatına görə, bu siyahıda diqqət çəkən adlardan biri Flamenqo-nun baş məşqçisi Filipe Luisdir.
Chelsea-də Enzo Maresca-nın gələcəyi hələ də tam aydın deyil. İtaliyalı mütəxəssis ötən mövsüm komandanın ilk dördlük uğrunda mübarizədə çətinlik yaşaması fonunda tənqid olunmuşdu. Cari mövsümdə də qeyri-sabit nəticələr onun Stamford Bridge-dəki mövqeyini vaxtaşırı sual altına salıb.
Son məlumatlara görə, Manchester City Pep Qvardiolanın mümkün ayrılığı fonunda Maresca-nı əsas namizədlərdən biri kimi dəyərləndirir. Maresca-nın Qvardiolanın məşqçi heyətində çalışması və oyun fəlsəfəsinin City modelinə uyğunluğu bu marağı artıran əsas amillərdəndir.
Chelsea rəhbərliyi ehtiyat planını artıq hazırlamağa başlayıb. Klubun diqqətində olan adlar arasında Strasburq-un baş məşqçisi Liam Rosenior da var. Bununla yanaşı, Flamenqo ilə Copa Libertadores qazanan Filipe Luis Chelsea-nin maraq dairəsinə daxil edilib.
Filipe Luis üçün Chelsea xüsusi anlam daşıyır. Braziliyalı mütəxəssis futbolçu karyerası dövründə London klubunun formasını geyinmişdi və Premyer Liqa mühitini yaxından tanıyır.
Chelsea gənc və perspektivli məşqçilərə üstünlük vermək strategiyasını davam etdirir. Bu baxımdan Filipe Luis klubun axtardığı profillə uyğun gəlir. Flamenqo ilə qazandığı uğurlardan sonra onun Avropada yeni çağırışlara açıq ola biləcəyi bildirilir.
Qeyd olunur ki, Atletiko Madrid də gələcəkdə Dieqo Simeone-ni əvəzləyə biləcək potensial namizəd kimi Filipe Luis-i nəzərdən keçirir. Bundan əvvəl Liverpool da Arne Slot-un mövqeyi müzakirə olunduğu dövrdə braziliyalı məşqçi ilə maraqlanmışdı.
Chelsea-nin Filipe Luis və digər namizədlərlə bağlı planları birbaşa Enzo Maresca-nın gələcək qərarından asılı olacaq. Manchester City-nin italiyalı məşqçiyə marağı konkret addımlara çevrilərsə, Chelsea baş məşqçi bazarında aktiv fazaya keçə bilər.
Yaxın aylarda baş verəcək hadisələr Chelsea-nin texniki heyətində dəyişiklik olub-olmayacağını müəyyən edəcək.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
