18 yanvar 2026
|95

Barselonanın akademiyasından yetişən Dro Fernandes Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb. 18 yaşlı hücumameyilli yarımmüdafiəçi cari mövsümdə əsas komandaya cəlb olunsa da, az oyun şansı onu klubdan ayrılmağa vadar edib.
Məlumata görə, Dro Fernandesin transferində Chelsea və Manchester City ən ciddi namizədlərdir. Hər iki Premyer Liqa nəhəngi gənc futbolçunu yaxından izləyir və onun üçün hərəkətə keçməyə hazırdır.
Manchester City baş məşqçisi Pep Guardiola futbolçunun transferini şəxsən istəyir. Fernandesin həm on nömrə, həm də cinahlarda oynamaq bacarığı onun oyun sisteminə uyğun hesab olunur.
Chelsea isə uzun müddətdir futbolçunu izləyir. London klubu gənc istedadlara əsaslanan layihəsi çərçivəsində Dro Fernandesə maliyyə və inkişaf baxımından cəlbedici təklif təqdim etməyə hazırdır.
Dro Fernandesin Barselona ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədə olsa da, 6 milyon avroluq sərbəstqalma maddəsi transferi asanlaşdırır. Futbolçu artıq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib.
Hazırda rəsmi təkliflər mərhələsi tam başlamasa da, Chelsea və Manchester City arasında real bir yarışın yaranacağı gözlənilir. Dro Fernandesin gələcəyi qısa zamanda bəlli ola bilər.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
