14 mart 2026
|15

Qarabağın yarımmüdafiəçisi Kris Kuaku Ağdam klubunu tərk edib.
Məlumata görə, 26 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.
Kot-d’İvuarlı yarımmüdafiəçi karyerasını Norveçin yüksək liqa təmsilçisi Sarsborq 08 klubunda davam etdirəcək.
Kuaku artıq tibbi müayinədən keçib və yaxın vaxtlarda yeni komandası ilə rəsmi müqavilə imzalayacaq.
Kris Kuaku Qarabağa ötən yay transfer olunmuşdu.
Lakin yarımmüdafiəçi əsas heyətdə möhkəmlənə bilməyib. O, bu mövsüm bütün turnirlərdə 19 oyunda meydana çıxıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
