26 sentyabr 2025
|601

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
London təmsilçisinin aparıcı oyunçularından olan Koul Palmer sıradan çıxıb. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib.
İngiltərəli hücumameyilli yarımmüdafiəçi 2-3 həftə məşq prosesindən uzaq qalacaq.
"Çelsi" Koul Palmeri 2023-cü ilin yayında "Mançester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü olan 23 yaşlı futbolçu bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 10 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bu komandalar arasındakı oyun oktyabrın 1-də Londonda baş tutacaq.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.
Premium
Giriş üçün abunə olun

![[Premium] Qarabağ - Vestri: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1783577240332-322446325.png)
Ətraflı
![[Günün Oyunu] İngiltərə - Argentina: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1784101266503-525268654.png)
Ətraflı
![[Günün Oyunu] Fransa - İspaniya: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1784012751540-601116113.png)
Ətraflı
