Kriştianu Ronaldonun Ağ Evdə görünməsi dünya gündəminə düşdü

19 noyabr 2025

|

193

"Cristiano Ronaldo Ağ Evdə Donald Trump və Elon Musk ilə birlikdə nahar edir"
Kriştianu Ronaldonun Ağ Evdə görünməsi dünya gündəminə düşdü

Real Madrid-in əfsanəsi və hazırda Al-Nassr-ın ulduzu olan Kriştianu Ronaldo çərşənbə axşamı ABŞ paytaxtı Vaşinqtonda, Ağ Evdə keçirilən rəsmi yeməkdə iştirak edib. Portuqaliyalı hücumçu ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və digər yüksək səviyyəli qonaqlarla eyni masada olub.

Ronaldo tədbirə Səudiyyə nümayəndə heyətinin üzvü kimi qatılıb. Tramp və Bin Salman arasında aparılan danışıqlardan sonra ABŞ lideri Səudiyyə Ərəbistanını “Yaxın Şərqdə əsas müttəfiq” kimi təqdim edib və iki ölkə arasındakı hərbi əməkdaşlığın genişlənəcəyini bildirib.

 

Tramp Ronaldonu xüsusi qeyd etdi: “Oğlumun sevimlisidir”

ABŞ prezidenti çıxışı zamanı Ronaldo haqqında zarafatla qarışıq xüsusi fikir səsləndirib. Tramp bildirib ki, Portuqaliyalı ulduzun Ağ Evdə olması ailəsi üçün belə önəmlidir:

“Mənim oğlum Ronaldonun böyük fanatıdır. Ronaldo burada haradadırsa… Barron onunla görüşə bildi və düşünürəm ki, artıq mənə bir az daha çox hörmət edir, sadəcə onunla tanış etdiyim üçün. Burada olduğun üçün təşəkkür edirəm, bu bizim üçün şərəfdir.”

Bu sözlər zalda alqışla qarşılanıb.

 



Ronaldo – Tramp xətti: “Dünya sülhü haqqında danışmaq istəyirəm”

Ronaldo bir müddət əvvəl Pirs Morqana verdiyi müsahibədə Tramp haqqında:

  • onu “dünyanı dəyişə biləcək insanlardan biri” adlandırmış,

  • dünya sülhü barədə onunla danışmaq istədiyini demişdi.

Hətta məşhur atlet öz populyarlığını da vurğulayıb:

“Gəlin dünya üçün bir debat edək: daha məşhur kimdir – mən, yoxsa Donald Tramp? Məncə, dünyanın ən kiçik adalarında belə məni tanıyırlar… Dünyada məndən məşhuru yoxdur.”

Tədbirdə digər nəhəng adlar da var idi

Ağ Evdəki gala yeməyi Z əngin qonaq siyahısı ilə diqqət çəkib. Ronaldo ilə yanaşı, tədbirdə bunlar da iştirak edib:

  • Gianni İnfantino – FIFA prezidenti

  • Elon Mask – Tesla və SpaceX-in CEO-su

  • Tim Kuk – Apple şirkətinin rəhbəri




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon