6 mart 2026
|5

İtaliya A Seriyasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Qurumun rəsmi saytının yaydığı məlumata görə, mükafata Donyell Malen layiq görülüb.
Hazırda AS Roma klubunda çıxış edən hücumçu qalib adına azarkeşlərin onlayn səsverməsi və statistik göstəricilər əsasında sahib olub.
26 yaşlı futbolçu səsvermədə aşağıdakı namizədləri qabaqlayıb:
Domenico Berardi (Sassuolo)
Marco Carnesecchi (Atalanta)
Federico Dimarco (Inter Milan)
Moise Kean (Fiorentina)
Weston McKennie (Juventus)
Qeyd edək ki, niderlandlı hücumçu fevral ayında “Aston Villa”dan icarə əsasında Roma klubuna transfer olunub.
Malen yeni komandasında keçirdiyi ilk 7 oyunda 6 qol vuraraq diqqətləri üzərinə çəkib.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
