1 iyul 2026
|19
![[Günün Oyunu] İngiltərə – Konqo DR: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1782886904830-394180066.png)
Dünya Çempionatının pley-off mərhələsində Atlantadakı "Mercedes-Benz Stadium" tarixi bir qarşılaşmaya ev sahibliyi edəcək. Tomas Tuxelin rəhbərliyi altında turnirin əsas favoritlərindən sayılan İngiltərə, pley-offa yüksələrək öz ölkə tarixlərinin ən böyük uğuruna imza atan Konqo DR seçməsi ilə qarşılaşır.
"Üç Şirlər" L qrupunda Xorvatiya və Panamanı məğlub edib, Qana ilə heç-heçə edərək 7 xalla lider kimi pley-offa adladı. Tomas Tuxelin gəlişindən sonra məğlubedilməzlik seriyasını 11 matça çatdıran ingilislərdə Harri Keyn 11 qolla ölkəsinin DÇ tarihindəki ən məhsuldar oyunçusuna çevrilib. Yarımmüdafiədə gənc Elliot Anderson topun irəliyə daşınmasında qrup mərhələsinin ən yaxşılarından biri olub. Sky Sports ekspertlərinin rəyinə görə, Tuxelin komandası oyuna ilk dəqiqələrdən tam nəzarət edərək rəqibi boğmağa çalışacaq.
Fransalı mütəxəssis Sebastyan Desabrın rəhbərlik etdiyi Konqo DR, Portuqaliya ilə heç-heçə (1-1) və Kolumbiyaya minimal məğlubiyyətdən (0-1) sonra, Özbəkistanı geridən gələrək 3-1 hesabı ilə məğlub etdi və tarix yazdı. Komandanın hücum xəttindəki əsas silahı ABŞ-da vurulan 4 qoldan 3-nə imza atan Yoan Vissadır. Desabrın İngiltərə qarşısında Aaron Van-Bissaka və Şansel Mbemba kimi təcrübəli müdafiəçilərlə möhkəm bir "divar" quracağı və yalnız sürətli əks-hüqumlara bel bağlayacağı gözlənilir.
İngiltərə və Konqo DR rəsmi turnirlərdə tarixdə ilk dəfə qarşılaşır.
İngiltərə Tomas Tuxelin rəhbərliyi altında keçirdiyi 11 oyunda məğlubiyyət dadmayıb.
Konqo DR-in qrup mərhələsindəki oyunlarında ortalama 2.3 qol qeydə alınıb.
Proqnoz: Konqo DR müdafiədə çox sıx oturaraq Cud Bellinqhem və Harri Keynə sahə verməməyə çalışacaq. İngiltərənin heyət keyfiyyəti qələbə üçün kifayət etsə də, qarşılaşmanın çox qollu keçəcəyi gözlənilmir. Ən ideal seçim Toplam Qol 3 Alt (Total Under 3) variantıdır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.
![[Günün oyunu] Ekvador – Almaniya: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1782374472252-524314030.png)
Ətraflı
Premium
Giriş üçün abunə olun

![[Premium] Xorvatiya – Qana: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1782569378583-951458490.png)
Ətraflı
Premium
Giriş üçün abunə olun

![[Premium] Cənubi Afrika – Kanada: Statistika və proqnoz](https://api.scorewatt.com/uploads/blog-1782631820520-396611826.png)
Ətraflı
