20 oktyabr 2025
|189

İngiltərə mətbuatının məlumatına görə, “Çelsi”nin baş məşqçisi Enzo Mareska yaxın zamanda klubdan ayrılmayacaq. “Futbol Insider”ə danışan jurnalist Pit O’Rurk bildirib ki, London klubu 45 yaşlı italyan mütəxəssisin gördüyü işdən tam razıdır və tərəflər arasında münasibətlər yüksək səviyyədədir.
Mareska 2024-cü ilin yayında “Çelsi”nin sükanı arxasına keçib və qısa müddətdə diqqətəlayiq nəticələrə imza atıb. Onun rəhbərliyi altında “zadəganlar” Premyer Liqada ilk dördlüyə qayıdıb, həmçinin Konfrans Liqası və Klublararası Dünya Çempionatının qalibi olublar.
O’Rurk “Inside Track” podkastında bildirib:
“O, tamamilə ‘Çelsi’ye fokuslanıb. Mareska ötən mövsüm böyük uğur qazandı – komandanı ilk dördlüyə qaytardı, Avropa kubokunu və dünya titulunu qazandı. İndi məqsəd bu nəticəni daha da təkmilləşdirib ‘Çelsi’ni çempionluq mübarizəsinə daşımaqdır.”
Jurnalist əlavə edib ki, klub rəhbərliyi və baş məşqçi bir-biri ilə tam harmoniyadadır:
“Çelsi Mareskadan razıdır, Mareska da ‘Çelsi’də xoşbəxtdir. Onun müqaviləsi 2029-cu ilə qədərdir. Gənc və istedadlı komanda formalaşdırır. İndi klubdan getməsi üçün heç bir səbəb yoxdur.”
Yuventus Mareskanı istəyir, amma...
Son günlərdə “Yuventus”un italiyalı mütəxəssisi yenidən ölkəsinə gətirmək istədiyi barədə xəbərlər yayılıb. Turin klubu rəhbər dəyişikliyi planlaşdırır və keçmiş oyunçusunu baş məşqçi postuna gətirməyi düşünür.
Lakin “Çelsi” rəhbərliyi bu məsələni qəti şəkildə rədd edir. Klub Mareskanın uzunmüddətli planının bir hissəsi olduğuna inanır və onu buraxmaq niyyətində deyil.
Mareska özü də London klubunda xoşbəxt olduğunu gizlətmir. 15 aydan az müddətdə komandaya yeni oyun üslubu gətirən mütəxəssis indi bu təməl üzərində çempionluq mübarizəsinə başlamağı hədəfləyir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
