Müharibə səbəbindən Ukraynadan ayrıldım

21 fevral 2026

|

67

Eren Aydın debütündən, transfer prosesindən və Ukraynadakı müharibə səbəbindən klubunu tərk etməsindən danışıb
Müharibə səbəbindən Ukraynadan ayrıldım

“Erkən qollar oyunu çətinləşdirdi”

Misli Premyer Liqasının 21-ci turunda Zira FK səfərdə Turan Tovuza 0:2 hesabı ilə uduzub.

Komandanın yeni transferi Eren Aydin debüt matçından sonra bildirib ki, erkən buraxılan qollar məğlubiyyətdə əsas rol oynayıb:

“Qələbə üçün çıxmışdıq. Erkən qollar planlarımızı pozdu. İkinci hissədə daha yaxşı oynadıq, epizodlarımız oldu, amma nəticəni dəyişə bilmədik”.

Transfer bir günə həll olunub

Türkiyəli futbolçu “Zirə”yə keçidinin qısa müddətdə baş tutduğunu deyib:

“Transfer bir günün içində reallaşdı. Mövsümün sonuna qədər müqaviləm var və bu müddətdə komandam üçün əlimdən gələni edəcəyəm”.

“Veres”dən ayrılığın səbəbi – müharibə

Aydın Ukraynanın NK Veres Rivne klubundan ayrılmasının əsas səbəbinin müharibə olduğunu açıqlayıb:

“Orada həyatım üçün təhlükə var idi. Elektrik kəsintiləri və qeyri-sabitlik çətin idi. Ayrılmaq istədim, amma klub rəhbərliyi transferimə mane olurdu. Portuqaliya və Türkiyə Superliqasından təkliflərim vardı. Nəhayət ayrıldım, amma əksər ölkələrdə transfer pəncərəsi bağlanmışdı. Azərbaycan variantı yarandı və ‘Zirə’ mənə inandı”.

Gələcək qeyri-müəyyəndir

4 aylıq müqavilə ilə bağlı danışan futbolçu bildirib ki, mövsümün sonundan sonra hər şey mümkündür:

“Burada qala da bilərəm, başqa yerə də gedə bilərəm. Zaman göstərəcək”.

O, həmçinin Azərbaycanda çıxış etmiş türkiyəli futbolçular barədə məlumatlı olduğunu, eləcə də Vusal Isgandarlini tanıdığını qeyd edib.




Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.

Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.



Son Xəbərlər

Daha çox
Oyunlar
Canlı
Xəbərlər
ŞeşBeş
Daxil ol
main_icon