25 oktyabr 2025
|183

“Everton” qış transfer pəncərəsində gənc marokkolu futbolçu Adam Aznunu icarəyə göndərməyə hazırdır. Bu barədə türkiyəli jurnalist Ekrem Konur məlumat yayıb.
19 yaşlı cinah oyunçusu “Hill Dickinson Stadionu”na keçidindən sonra komanda ilə istədiyi qədər oyun praktikasına sahib ola bilməyib. Mövsümün əvvəlində yaşadığı fitnes problemləri onun “Everton”un əsas heyətində yer almasına mane olub.
Klub rəhbərliyi hesab edir ki, davamlı oyun təcrübəsi Aznunun inkişafını sürətləndirəcək. Buna görə də “Everton” 2025/26 mövsümünün ikinci yarısında onun inkişafına uyğun mühit təklif edə biləcək klublardan icarə təkliflərini dəyərləndirməyə hazırdır.
Barselonada doğulan Adam Aznou futbol karyerasına İspaniyada başlayıb. O, CE Escola Collblanc Torrassac, Sistrells, CF Damm və “Barselona” akademiyalarından keçdikdən sonra Almaniyada **“Bavariya”**nın gənclər sisteminə qoşulub.
2024/25 mövsümünün ikinci yarısını **“Real Valyadolid”**də keçirmiş Aznou orada bir qədər əsas komanda təcrübəsi qazanmışdı. Lakin “Everton”a yayda keçidindən sonra hələ də klubun əsas heyətində debüt edə bilməyib. O, yalnız U-21 komandası ilə 171 dəqiqə meydanda olub.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
