"Everton, Harrison Armstrong'u Preston North End'dən geri çağırmağa hazırlaşır"
Everton 18 yaşlı yarımmüdafiəçi Harrison Armstrongu yaxın günlərdə Preston North Enddən geri çağırmağa hazırlaşır. Buna səbəb komandanın orta xəttində yaranan zədə problemləridir.
Kiernan Dewsbury-Hall və Carlos Alcarazın sıradan çıxması baş məşqçi David Moyesu bu qərarı verməyə məcbur edib. Armstrong yayda təcrübə qazanması üçün Preston-a icarəyə göndərilmişdi və Championship-də 16 oyunda 1 qol, 1 assistlə diqqət çəkmişdi.
Everton akademiyasının ən perspektivli oyunçularından sayılan Armstrong-un əsas komandaya qısa müddətlik dəstək verməsi gözlənilir. Zədəlilər geri döndükdən sonra onun yenidən icarəyə göndərilməsi də istisna edilmir.