22 yanvar 2026
|123

Fənərbaxça Mançester Sitinin futbolçusu Omar Marmuşu heyətinə qatmaq istəyir. Türk mətbuatının məlumatına görə, İstanbul klubu 26 yaşlı misirli hücumçu uğrunda Aston Villa və Tottenham ilə rəqabət aparacaq.
Omar Marmuş 2025-ci ilin yanvarında Mançester Sitiyə keçsə də, bu mövsüm əsas heyətdə möhkəmlənə bilməyib. O, bütün turnirlərdə 15 oyunda cəmi 389 dəqiqə meydanda olub, 1 qol və 1 assistlə yadda qalıb. Oyun praktikasının azlığı futbolçunun gələcəyi ilə bağlı suallar yaradıb.
Fənərbaxça Yusif Ən-Nesirinin mümkün gedişini nəzərə alaraq hücum xəttini gücləndirmək istəyir. Klub Marmuşu icarə əsasında transfer etməyə və onun maaşını tam ödəməyə hazırdır.
Aston Villa Marmuşu hücum xəttində çoxfunksiyalı oyunçu kimi görür. Tottenham isə Son Hın Minin boşluğunu dolduracaq alternativ axtarır. Hər iki Premyer Liqa klubu futbolçunu transfer etmək niyyətindədir.
Omar Marmuşun qış transfer pəncərəsində Mançester Sitidən ayrılmağa hazır olduğu bildirilir. Fənərbaxçanın maaş təklifi üstünlük yaratsa da, Premyer Liqa variantları hələ də masadadır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
