7 yanvar 2026
|99

23 yaşlı yarımmüdafiəçi Amir Riçardsonun bu qış transfer pəncərəsində “Nitsa”ya icarə əsasında qoşulacağı gözlənilir. Bu barədə Nice-Matin nəşri məlumat yayıb.
Futbolçunun “Nitsa”ya marağı ilk olaraq Fabritsio Romano tərəfindən açıqlanmışdı. Daha sonra Nitsada doğulan Riçardson özü də bu keçidi istədiyini bildirib. O, uşaqlıq klubunun “Nitsa” olduğunu, şəhərdə böyüdüyünü və ailəsinin hələ də burada yaşadığını deyib. Futbolçu klubun çətin dövrdə olmasına baxmayaraq, Liqa 1-də güclü komanda olduğunu və əsas prioritetinin “Nitsa” olduğunu vurğulayıb.
Məlumata görə, transferin baş tutması üçün “Nitsa” əvvəlcə heyətdə yer açmalıdır. Klubdan ayrılması mümkün olan futbolçular arasında Terem Moffi və Jeremi Boqa var. Hər iki oyunçu noyabrın sonunda komandanın avtobusuna edilən hücumdan sonra xəstəlik məzuniyyətindədir.
Bundan başqa, Tom Luşe və yayda “Bazel”dən transfer olunan, lakin gözləntiləri doğrultmayan Kevin Karlosun da gedişi gündəmdədir. Lakin Kevin Karlos bu mövsüm artıq Avropa təqvimi ilə oynayan iki klubda çıxış etdiyi üçün üçüncü kluba keçə bilmir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
