22 oktyabr 2025
|135

Premyer Liqada ardıcıl dörd oyundur qələbə üzünə həsrət qalan “Liverpul”, bazar günü “Mançester Yunayted”ə 1:2 hesabı ilə məğlub olduqdan sonra UEFA Çempionlar Liqasındakı növbəti matçına dəyişikliklərlə çıxmağa hazırlaşır. Baş məşqçi Arne Slot mətbuat konfransında komandanın “Ayntraxt Frankfurt”la səfər oyununda bir neçə yeniliyin olacağını təsdiqləyib.
Yayda 125 milyon avroya “Bayer” Leverkuzendən transfer olunan Florian Virts hələ “Liverpul” formasında gözlənilən çıxışı göstərə bilməyib. 22 yaşlı yarımmüdafiəçi nə Premyer Liqada, nə də Çempionlar Liqasında qol və ya assistlə yadda qalıb.
Məhz buna baxmayaraq, alman futbolçunun Frankfurtla görüşdə start heyətinə qaytarılması gözlənilir. Bu, Virtsin transferindən sonra Almaniya klublarına qarşı ilk oyunu olacaq.
Kicker nəşrinin məlumatına görə, keçmiş “Ayntraxt” hücumçusu Hüqo Ekitike də start heyətində yer alacaq. Fransalı futbolçu ötən mövsüm Frankfurt təmsilçisinin heyətində bütün turnirlər üzrə 48 oyunda 22 qol vurub və 12 məhsuldar ötürmə verib. Onun keçmiş klubuna qarşı oynayacağı görüş emosional anlarla yadda qala bilər.
“Liverpul” üçün yeganə mənfi xəbər Rayan Qravenberxin zədəsidir. Niderlandlı yarımmüdafiəçi “Mançester Yunayted”lə görüşdə topuq nahiyəsindən xəsarət alıb və “Ayntraxt”la oyunu buraxacaq.
Arne Slotun komandası Frankfurt səfərində həm qrupda mövqeyini möhkəmləndirmək, həm də son həftələrdəki uğursuz seriyaya son qoymaq niyyətindədir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
