22 fevral 2026
|55

Chelsea FC müdafiəçisi Wesley Fofana “Bernli” ilə oyundan sonra sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalıb.
72-ci dəqiqədə qırmızı vərəqə alan futbolçu ona göndərilən mesajların bir qismini paylaşaraq vəziyyətə diqqət çəkib. Eyni zamanda Hannibal Mejbri də oxşar hücumların hədəfi olub.
Fofana paylaşımında sərt fikirlər səsləndirib:
“2026-cı ildir, amma hələ də eyni şeydir. Heç nə dəyişmir. Bu insanlar cəzalandırılmır. İrqçiliyə qarşı kampaniyalar var, amma real addım atan yoxdur”.
Chelsea FC rəsmi bəyanat yayaraq baş verənləri qınayıb:
“Klub olaraq Uesli Fofanaya qarşı yönəlmiş iyrənc irqçi təhqirləri qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir və futbola ziddir. İrqçiliyə yer yoxdur”.
Klub əlavə edib ki, futbolçuya tam dəstək verilir və məsul şəxslərin müəyyən olunması üçün aidiyyəti qurumlarla əməkdaşlıq ediləcək.
Məsələ ilə bağlı Meta Platforms və irqçiliyə qarşı mübarizə aparan Kick It Out təşkilatı ilə əlaqə saxlanılıb.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
