29 dekabr 2025
|185

“Barselona”nın yarımmüdafiəçisi Gavi son iki ildə çətin dövr yaşayır. 2023-cü ilin noyabrında çarpaz bağlarını qoparan futbolçu yayda tam sağalsa da, mövsümün əvvəlində dizində yaranan ağrılara görə yenidən əməliyyat olunmalı olmuşdu.
Sentyabrda keçirilən əməliyyatdan sonra Gavi hələ də komanda məşqlərinə qayıtmayıb. Buna baxmayaraq, futbolçu özü bərpa prosesinin plan üzrə getdiyini bildirib. Onun sözlərinə görə, nəzəri baxımdan 5 aydan sonra yenidən oynamağa hazır ola bilər.
Gavi zədə dövrünün ona səbr öyrətdiyini deyib. O etiraf edib ki, ən ağır tərəfi komanda yoldaşlarını meydanda görüb özü oynaya bilməməkdir. Futbolçu Arauxo, Pedri, Lamine Yamal və Balde kimi oyunçuların ona böyük dəstək verdiyini də vurğulayıb.
“Barselona” Qavinin dönüşünü səbirsizliklə gözləsə də, baş məşqçi Hansi Flick futbolçunun bərpasında tələsməyəcək. Klub mümkün risklərin qarşısını almaq üçün onu mərhələli şəkildə meydana qaytarmağı planlaşdırır.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
