2 yanvar 2026
|95

Hannover klubu Stuttgartın hücumçusu Silas Katompa Mvumpanı transfer etmək üçün danışıqlara başlayıb. Alman mətbuatının məlumatına görə iki klub arasında ilkin təmaslar qurulub.
Konqo əsilli futbolçu yayda zədə alsa da artıq üç aydır hazır vəziyyətdədir. Buna baxmayaraq o Sebastian Hoenessin heyət planlarında yer almır və mövsümdə hələ bir oyunda belə iştirak etməyib. Silasın Stuttgartla müqaviləsinin bitməsinə altı ay qalıb.
Stuttgart yayda futbolçunu satmağa çalışsa da bu baş tutmamışdı. Müqavilə müddətinin az qalması səbəbilə klub onu icarəyə göndərə bilmir. Çıxış yolu kimi müqavilənin uzadılması və daha sonra icarə variantı nəzərdən keçirilir.
Hannover ikinci Bundesliqada hücum baxımından yaxşı göstəricilərə malikdir. Komanda bu mövsüm otuz qol vurub və liqada ən məhsuldar klublardan biridir. Buna baxmayaraq klub hücum xəttini daha da gücləndirmək niyyətindədir və Silas bu planın əsas namizədlərindən biridir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
