13 fevral 2026
|59

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik məşqçilik karyerasının ən ağır məğlubiyyətlərindən birini yaşayıb.
“MisterChip”in yaydığı məlumata görə, alman mütəxəssis son 21 ildə peşəkar səviyyədə dörd və ya daha çox top fərqi ilə uduzmamışdı. O, belə nəticəni sonuncu dəfə Almaniyanın IV divizionunda çalışarkən görmüşdü.
İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona” doğma meydanda “Atletiko”ya 0:4 hesabı ilə məğlub olub.
Cavab qarşılaşması martın 3-də Barselonada keçiriləcək. Flik 2024-cü ildən Kataloniya klubuna rəhbərlik edir və onun müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
