27 yanvar 2026
|103

Inter yay transfer pəncərəsində Yann Sommerin mümkün varisini axtarır. İtaliya mətbuatının məlumatına görə, Emiliano Martinezin nümayəndələri Nerazzurri ilə təmasda olsa da, klub üçün əsas namizəd hələ də Tottenham-un qapıçısı Guglielmo Vicariodur.
Argentinalı qapıçı yayda Aston Villa-dan ayrıla bilər. Lakin San Siro onun üçün ən real variant hesab edilmir. Inter rəhbərliyi hazırda bu transfer üzərində konkret işləmək niyyətində deyil.
Inter rəhbərliyi Vicariou daha əlçatan və sistemə uyğun oyunçu kimi görür. O, Martinezdən dörd yaş gəncdir və keçmişdə artıq Inter-ə yaxın olub. Vicario Premyer Liqanı dünyanın ən güclü çempionatı hesab etsə də, Inter-ə keçidi geri addım kimi görmür.
Fabrizio Romano və Gianluca Di Marzio-nun məlumatına görə, Inter Martinezin qardaşı ilə görüş keçirib. Lakin klub maksimum illik 4 milyon avro maaş təklif edə bilər. Bu isə hazırda daha yüksək qazanan argentinalı üçün ciddi maneədir.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
