20 fevral 2026
|57

Inter Milan Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda FK Bodø/Glimtlə səfərdə 1:3 hesabı ilə məğlub olub.
La Gazzetta dello Sport yazır ki, Milan təmsilçisi qarşılaşmanın keçirildiyi stadiondakı süni örtüyün vəziyyəti ilə bağlı UEFAya rəsmi şikayət ünvanlayıb.
Baş məşqçi Cristian Chivu matçdan sonra meydançanın durumundan narazı qaldığını açıq şəkildə bildirib.
Oyundan əvvəl pis hava şəraiti səbəbindən stadiondan 80 ton qar təmizlənib və örtükdə ciddi qüsurlar müşahidə olunub. Hətta qar yağmazdan əvvəl də “İnter” futbolçularının təhlükəsizliyi ilə bağlı qeyri-rəsmi şəkildə UEFA-ya müraciət etmişdi.
Klub hesab edir ki, Norveç təmsilçisinin arenasındakı meydançanın keyfiyyəti əsas Avropa turnirlərinin standartlarına uyğun deyil.
Matç zamanı “İnter”in hücumçusu Lautaro Martinez baldır əzələsindən zədələnərək 61-ci dəqiqədə əvəzlənib. Sonradan oyuna daxil olan yarımmüdafiəçi Piotr Zielinski də zədə alıb.
Yarımmüdafiəçilər Davide Frattesi və Hakan Calhanoglu isə ehtiyat tədbiri olaraq qarşılaşmanı buraxıblar.
Milan klubu futbolçuların zədələnməsinə və optimal heyətlə çıxış edə bilməməsinə görə məsuliyyəti rəqib tərəfin üzərinə qoyur.
Şərh yazmaq üçün hesabınıza daxil olmalısınız.
Hələ şərh yazılmayıb. İlk şərhi siz yazın.

Ətraflı

Ətraflı

Ətraflı
